Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaq bağçaları qızılcaya görə dezinfeksiya olunurmu? - Rəsmi açıqlama  

Ölkədə qızılca ilə bağlı vəziyyət təhlükəli hal alır...

Bakı daxil olmaqla rayonlarda qızılcalı xəstələrin sayının artması müşahidə olunur. Yoluxma, əsasən, ümumtəhsil məktəblərində və universitetlərdə baş verir. Ölkədə bir neçə azyaşlı xəstəliyin ağırlaşması səbəbindən vəfat edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, Qaradağ rayonu ərazisində yerləşən 195 saylı tam orta məktəbin ibtidai siniflərində dekabrın birindən distant tədrisə keçilib.

Distant təhsilə keçilməyən məktəblərdə isə valideynlər övladlarını məktəbə buraxmırlar. Eyni hal uşaq bağçaları üçün də keçərlidir. Valideynlər sosial şəbəkədə durumdan narahat olduqlarını və övladlarını bağçaya göndərməkdən imtina etdiklərini qeyd ediblər.

Elm və təhsil naziri Emin Əmrullayevin tapşırığına əsasən, ümumtəhsil müəssisələrdə ötən həftədən dezinfeksiya işlərinin aparılmasına başlanılıb və artıq məktəblər dezinfeksiya olunur.

Bəs uşaq bağçaları dezinfeksiya olunurmu?

Məsələ ilə bağlı Bizim.media-ya açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Zenfira Sevdimalı qızılca ilə bağlı məlumat daxil olan müəssisələrin dezinfeksiya olunduğunu deyib:

“Bizə ötən həftə qızılca ilə bağlı xeyli sayda müraciət daxil olub. Bu müraciətlərin də böyük bir hissəsinin cavabı aidiyyəti qurumlardadır. Biz bunun səhiyyə yox, məktəb tərəfiyik.

İstər ümumtəhsil, istərsə də məktəbəqədər müəssisələr olsun, harada qızılcaya yoluxma halı aşkarlanırsa, orada dezinfeksiya işləri aparılır. Bizim öhdəmizə düşən budur, bununla bağlı regional idarələrə məlumat verilib. Bu, sadəcə, qabaqlayıcı tədbirlərdir”.

Qurum rəsmisi dezinfeksiya ilə yanaşı, peyvəndlənməni də vacib sayıb:

“İndiki mərhələdə qarşısının alınması ilə bağlı deyilə biləcək söz peyvəndlənmənin tövsiyəsidir. Biz onu tövsiyə edirik ki, səhhətlərində problem yaranan uşaqlar məktəbə getməsin, təmas minimuma endirilsin və peyvənd olunsunlar”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Ən çox oxunanalar